Xəbərlər

Stolüstü tennisçilərimiz Sloveniyaya yollanıblar

16 oktyabr 2022 464

Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otocec şəhərində təşkil olunan “Eurotalents selection camp” toplanışında iştirak edəcəklər. İstedadlı idmançıların seçim xarakterli final toplanışında milli komandamızın baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını göstərəcək. Sloveniya sınaqlarında etimadı doğruldan idmançılar Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, beynəlxalq federasiyanın növbəti toplanışlarına qatılmaq hüququ qazanacaqlar. Qeyd edək ki, sabah start veriləcək toplanışa oktyabrın 23-də yekun vurulacaq.