Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
13 oktyabr 2022 356
Stolüstü tennis üzrə seçmə komandamız daha bir beynəlxalq yarışda ölkəmizi təmsil edəcək. Söhbət Qazaxıstanın məşhur idmançısı Yermak Kitayevin xatirə turnirindən gedir. Pavlodar şəhərində təşkil olunacaq yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Rza Mirzəyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ansari, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Arzu Aslanova bacarığını göstərəcək. Oktyabrın 15-də start veriləcək beynəlxalq turnirə oktyabrın 17-də yekun vurulacaq.
Bənzər xəbərlər
"Bakının dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb"
Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi ... Ətraflı
Huqo Alanso Kastanon: Bakı ən azı 80-dən artıq bal toplamalıdır ki, 2026-cı ilin idman paytaxtı kimi təsdiqlənsin
“Bakının 12 kateqoriyaya əsasən dünyanın idman paytaxtına namizədliyi irəli sürülüb”.
Bu ... Ətraflı