Xəbərlər

Stend atıcımız Kazanda çempion oldu

07 sentyabr 2021 888

Azərbaycanın daha bir təmsilçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında qızıl medal qazanıb.

 

Stend atıcısı Cavid Həsənov bütün rəqiblərini üstələyib. O, dairəvi stenddə I MDB Oyunlarının qalibi olub.

 

Bununla da Azərbaycan komandası I MDB Oyunlarında qazandığı medalların sayını 32-yə çatdırıb. Medallardan 11-i qızıl, 6-sı gümüş, 15-i bürüncdür.

 

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.