Sentyabrın 6-da Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə beşinci görüş keçirilib
06 sentyabr 2022 1302
Görüşdə V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmiş növlər üzrə federasiyaların nümayəndələri də iştirak ediblər.
Bakı Gənclər Mərkəzində keçirilən toplantıda gənclər və idman naziri Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.
Görüşün gündəliyinə əsasən, “V İslam Həmrəyliyi Oyunlarının hesabatı”, “Federasiyalar tərəfindən V İslam Həmrəyliyi Oyunlarında qazanılmış nəticələrin analitik təhlili”, “İdmançıların (həmçinin məşqçi, hakim və s.) lisenziyalaşdırılması prosesi”, “Media”, “Paris–2024 Yay Olimpiya Oyunlarına lisenziya yarışları üçün üçün iş planı” və digər məsələlər müzakirə edilib.
Tədbirdə Fərid Qayıbov “İdman ustası” adına layiq görülmüş idmançılara müvafiq vəsiqə və nişanları təqdim edib.
Görüşdə həmçinin Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə İdman Azarkeşləri və Könüllüləri İctimai Birliyinin təqdimatları da dinlənilib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı


.jpeg)





.jpeg)
