Şahmatçılarımız "Norway Chess" turnirində iştirak edəcək
31 may 2022 649
![](/news/1653982414.548fd313-b235-43d8-a53b-3e6f3e45a643.jpg)
Bu gün Norveçin Stavanger şəhərində "Norway Chess" beynəlxalq şahmat turnirinə start veriləcək. Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı turnirdə norveçli dünya çempionu Maqnus Karlsen, onun həmyerlisi Aryan Tari, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov, və çinli Van Hao mübarizə aparacaq.
Yarışdan əvvəl şahmatçıların ardıcıllığını müəyyənləşdirmək üçün püşk əvəzinə blits turnir təşkil olunub. Yekun nəticədə Şəhriyar Məmmədyarov 5 xalla 5-ci, Teymur Rəcəbov isə 3 xalla 10-cu olub.
Sıra nömrəsinə əsasən ilk turda aşağıdakı partiyalar baş tutacaq:
Şəhriyar Məmmədyarov-Ayran Tari
Uesli So — Teymur Rəcəbov
Aniş Giri — Veselin Topalov
Vişvanatan Anand- Maksim Vaşye Laqrav
Maqnus Karlsen — Van Xao
Qeyd edək ki, Norway Chess" turniri 31 may - 10 iyunda gerçəkləşəcək. Reqlamentə əsasən qələbəyə görə şahmatçılara 3 xal veriləcək. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi «armageddon»da müəyyənləşdirəcək. Bu halda qələbəyə 1.5, məğlubiyyətə görə 1 xal qeydə alınacaq.
Bənzər xəbərlər
![](/news/1721976945.IMG_2758.jpeg)
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılış ... Ətraflı
![](/news/1721977206.IMG_2759.jpeg)
Paris-2024: Boksçularımızın ilk rəqibləri bəlli olub
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb. Püşkə əsasən ... Ətraflı