Xəbərlər

"Sabah" komandası artıq çempionatın lidərinə tək şərikdir 

04 mart 2023 378

 4 mart "Sərhədçi" İdman Mərkəzində, 20-ci turun iki oyunu keçirildi. Günün ilk oyunu "AAAF Xırdalan" və "Olimpik Şəki" basketbolçuları arasında baş tutdu. Oyunun ilk hissəsində başa-baş mübarizə getsə də, ikinci hissədə xırdalanlılar üstünlüyü ələ alaraq 100-77 hesablı qələbə qazandılar. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Deymon Makdouel - 35 xal, 6 ribaund ), "Olimpik Şəki BK" ( Larri Robinson  - 31 xal, 5 asist) Günün ikinci oyununda iki paytaxt komandası "Sabah BK" və "Sərhədçi PİK" üz-üzə gəldilər. Əlavə vaxta gedən gərgin oyunun sonunda "Sabah" basketbolçuları 100-92 hesablı qələbəyə sevindilər. Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Entoni Patti - 23 xal, 9 ribaund ), "Sərhədçi PİK" ( Brendon Miller - 24 xal, 6 asist )

  Qeyd edək ki, turun son oyunu 5 mart Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara BK" - "Neftçi İK" arasında baş tutacaq