Xəbərlər

Rio 2016: Mariya Stadnik fəxrimizsən!

17 avqust 2016 612

Artıq Azərbaycan yığması üçün növbəti qələbə Mariya Stadnik tərəfindən təqdim olundu!

Olimpiyadanın 13-cü günü qadın güləşçisi Mariya Stadnik Milli Yığmanın hesabına daha bir medal əlavə etdi. İlk görüşündə Argentinadan Patricia Bermudezi, ardınca Polşadan İvona Matkovskanı, yarımfinalda isə Bolqarıstandan Elıitsa Yankovanın tam üstünlüklə məğlub edərək finala yüksəlib.

Sonda Yaponiyalı güləşçi Eri Tosaka ilə mübarizə aparan həmyerlimiz yarışı gümüş medal ilə başa vurub.

Güləşçimizin nəticələri aşağıdakı kimidir:

48 kq
FİNAL – Eri Tosaka (JPN) – Mariya Stadnik 3:2
1/2 final – Mariya Stadnik – Elitsa Atanasova Yankova (BUL) 6:0 (tuşe)
1/4 final – Mariya Stadnik – İwona Nina Matkowska POL) 10:0
1/8 final – Mariya Stadnik – Patricia Alejandra Bermudez (ARG) 10:0 (48 san.)