Xəbərlər

Rapid turniri keçirildi

26 oktyabr 2022 694

Azərbaycan Şahmat Federasiyasının Gənclər və Yeniyetmələr Komissiyasının təşkilatçılığı ilə milli komandanın üzvləri, müxtəlif yaş qrupları üzrə ölkə çempionatının mükafatçıları və reytinqi 2200-dən yuxarı olan şahmatçılar arasında rapid turniri keçirilib.
41 şahmatçının iştirak etdiyi yarış 7 turdan ibarət olub. 
Turnirin qalibi 5.5 xal toplayan Vüqar Manafov olub. Eyni xala malik Xəzər Babazadə əlavə göstəricilərə görə ikinci yeri tutub. Milli komandanın üzvü Rauf Məmmədov üçüncü yerlə kifayətlənib.