Xəbərlər

Rafael Ağayev Neymar və Lebron Ceymslə eyni siyahıda

16 aprel 2021 808

“Globoesporte” nəşri Tokio-2020-yə 100 gün qalmış yarışda iştirak edəcək 100 ən yaxşı idmançının siyahısını hazırlayıb.

 

Bu ulduzlar arasında Azərbaycan karateçisi Rafael Ağayev də var. 5 qat dünya və 11 qat Avropa çempionu olan idmançımız siyahıda karate üzrə yer alan yeganə şəxsdir. Cədvəldə digər idman növlərindən də peşəkarlar var. Siyahıda PSJ-dən braziliyalı Neymar, ispaniyalı məşhur tennisçi Rafael Nadal, onun isveçrəli həmkarı Rocer Federer, serbiyalı Novak Cokoviç, ABŞ-dan Serena Uiliams, basketbolçular arasında Lebron Ceyms, ABŞ-dan 4 qat dünya çempionu gimnast Kristian Teylor, yamaykalı atlet, 6 Olimpiya medalının sahibi Şerri Ann Freyser və s. ulduzlar yer alıb.

 

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandeiyası səbəbindən bu il 23 iyul – 8 avqust tarixində keçiriləcək.