Xəbərlər

Qızlarımızın Avropa çempionatına hazırlığı davam edir

11 mart 2023 355

10 mart tarixindən etibarən, qızlardan ibarət U-16 millimiz “Zuğulba” tədris-idman bazasında təlim-məşq toplanışına başlayıb. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi qız komandamız, gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. 19 mart tarixinə qədər davam edəcək toplanışda, bir neçə yoxlama oyununun keçirilməsi də planlaşdırılır.

 Qeyd edək ki, təlim-məşq toplanışı 18-23 iyul tarixlərində Andorrada baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır.