Qızlardan ibarət U-16 millimiz təlim-məşq toplanışına start verib
12 aprel 2023 292
11 aprel tarixində qızlardan ibarət U-16 yığmamız təlim-məşq toplanışı çərçivəsində Türkiyənin İstanbul şəhərinə yollanıb. Evren Alkayanın rəhbərlik etdiyi millimiz, gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Hazırlıq prosesində qızlarımızın, Qalatasaray, Fənərbaxça, Beşiktaş və Darruşafaka kimi məhşur klubların qız komandaları ilə yoldaşlıq görüşləri keçirməsi də planlaşdırılır. 22 aprel tarixinə qədər davam edəcək təlim-məşq toplanışındakı əsas hədəf, 18-23 iyul tarixlərində Andorrada baş tutacaq Avropa çempionatının "C" divizionu oyunlarına hazırlaşmaqdır
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı