Xəbərlər

Qadınlar arasında basketbol üzrə Azərbaycan Kubokunda növbəti qrup oyunları baş tutub

08 aprel 2023 283

Azərbaycan Texniki Universitetinin idman zalında, qadınlar arasında basketbol üzrə Azərbaycan Kubokunun növbəti qrup oyunları keçirilib. Günün ilk oyununda "AZE U-16" - "ALOV" komandaları qarşılaşıb. Bu görüşdə "AZE U-16" komandası 104-43 hesabı ilə rəqibinə qalib gəlib. Günün ikinci oyununda, "BBA" komandası "PH" kollektivi ilə üz-üzə gəlib. "BBA" komandası rəqibi üzərində 64-25 hesablı qələbəyə sevinib. Bu nəticələrdən sonra  "AZE U-16" adı ilə iştirak edən qızlardan ibarət millimiz turnir cədvəlinə liderlik edir.