Qadın voleybolçulardan ibarət millimiz Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirib
11 avqust 2023 215
Avropa çempionatına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət millimiz Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirib.
Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Komandamız ilk yoxlama matçında Kamerun yığması ilə qarşılaşıb və oyun 2:2 hesabı ilə yekunlaşıb. Qızlarımız növbəti iki yoxlama oyununu isə yerli yığmaya qarşı keçiriblər. Qarşılaşmaların birində Sloveniya yığması 3:1 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşma isə komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz Sloveniyada daha bir yoxlama görüşü keçirəcək və rəqib Macarıstan yığması olacaq.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı