Prezident İlham Əliyev paralimpiyaçıları mükafatlandırıb
06 sentyabr 2021 1186
Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
Sərənacama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
- birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;
- ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;
- üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bənzər xəbərlər
MOK və “Visa” şirkəti arasında tərəfdaşlığa həsr olunmuş mətbuat konfransı keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödəmələrdə dünya lideri ... Ətraflı
AGF Baham adaları Gimnastika Federasiyası ilə anlaşma memorandumu imzalayıb
Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında anlaşma memorandumu ... Ətraflı