Paris-2024: Çəki dərəcələrində dəyişiklik təsdiqlənib
03 aprel 2022 917
![](/news/1648982874.zi4whlyz4bukxwlkdsmv.png)
Yay Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik təsdiqlənib. Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi verib.
Yeni qərara əsasən, 2024-cü ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq Oyunların proqramında çəki dərəcələri müəyyənləşib. Növbəti Olimpiadada kişi boksçular 8 deyil, 7 – 51 kq, 57 kq, 63,5 kq, 71 kq, 80 kq, 92 kq, +92 kq çəki dərəcələrində qüvvəsini sınayacaqlar. Əvəzində qadın idmançılarda 1 çəki dərəcəsi artırılaraq, 6-ya çatdırılıb. Onlar Paris-2024-də 50 kq, 54 kq, 57 kq, 60 kq, 66 kq, 75 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Nəticədə kişilər kimi, qadın idmançılar da Oyunlarda 124 boksçu ilə təmsil olunacaqlar. Bununla da boksun tarixində ilk dəfə gender bərabərliyi təmin olunub.
Fransa paytaxtında medal dəstlərinin ümumi sayında isə dəyişiklik edilməyib. Ümumilikdə 13 dəst mükafat sahibini tapacaq.
Qeyd edək ki, Paris Olimpiadası 2024-cü il iyulun 26-da start götürüb, avqustun 11-də başa çatacaq.
Bənzər xəbərlər
![](/news/1721976945.IMG_2758.jpeg)
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılış ... Ətraflı
![](/news/1721977206.IMG_2759.jpeg)
Paris-2024: Boksçularımızın ilk rəqibləri bəlli olub
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb. Püşkə əsasən ... Ətraflı