PARİS-2024: AZƏRBAYCAN OLİMPİYA KOMANDASININ YEKUN NƏTİCƏLƏRİ
11 avqust 2024 774
Paris-2024 XXXIII Yay Olimpiya Oyunları bu gün başa çatacaq.
Azərbaycan millisinin idmançıları multiidman tədbirində çıxışını başa vurub.
Bu gün yığmamızın son təmsilçisi mübarizə aparıb. Sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) Fransa paytaxtında bürünc mükafat əldə edib. Bu, Parisdəki 7-ci medal olub.
Cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıb.
Fransa paytaxtına ümumilikdə 48 idmançımız mübarizə aparıb. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunub.
25 iyul
Yaylagül Ramazanova (kamandan oxatma) – sıralama turunda 39-cu yer, 1/32 finalda iştirak edəcək
27 iyul
Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 1 məğlubiyyət
Leyla Əliyeva (cüdo, 48 kq) – 1/16 finalda məğlubiyyət
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – təsnifatda qrupda 3-cü yer, 1/4 finala adlayıb
Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m) – təsnifatda 24-cü yer
Balabəy Ağayev (cüdo, 60 kq) – 1/8 finalda məğlubiyyət
28 iyul
Yaşar Nəcəfov (cüdo, 66 kq) – 1/16 finalda məğlubiyyət
Gültac Məmmədəliyeva (cüdo, 52 kq) – 1/16 finalda məğlubiyyət
Alfonso Dominqes (boks, 92 kq) – 1/4 finala yüksəlib
29 iyul
Keişa Fatimə Zəhra (badminton) – qrup mərhələsində 2 məğlubiyyət
Hidayət Heydərov (cüdo, 73 kq) – qızıl medal qazanıb
Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda məğlubiyyət
Məhəmməd Abdullayev (boks, +92 kq) – 1/8 finalda məğlubiyyət
Edi Reski Dviçayo (badminton) – qrup mərhələsində 1 qələbə
Malik Həsənov (boks, 63,5 kq) – 1/8 finalda məğlubiyyət
30 iyul
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – 1/4 finalda qrupda 4-cü yer, C/D yarımfinalın adlayıb
Zelim Tçkayev (cüdo, 81 kq) - 1/16 finalda məğlubiyyət
Ramil Vəlizadə (üzgüçülük, 200 m, batterflyay) - təsnifat mərhələsində qrupda 2-ci, yekunda 25-ci yer
Nicat Hüseynov (boks, 51 kq) – 1/8 finalda məğlubiyyət
Murad Allahverdiyev (boks, 80 kq) – 1/4 finala yüksəlib
Yaylagül Ramazanova (kamandan oxatma) – 1/16 finalda məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3x3 millisi – 1 məğlubiyyət
31 iyul
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – C/D yarımfinalında 3-cü yer, C finalına yüksəlib
Rostislav Pevtsov (triatlon) – 43-cü yer
Elcan Hacıyev (cüdo, 90 kq) – 1/8 finalda məğlubiyyət
Edi Reski Dviçayo (badminton) – qrup mərhələsində 1 qələbə 1 məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3x3 millisi – 1 məğlubiyyət, 1 qələbə
1 avqust
Zelim Kotsoyev (cüdo, 100 kq) – qızıl medal qazanıb
Alfonso Dominqes (boks, 92 kq) – yarımfinala yüksəlib
Qadın basketbolçulardan ibarət 3x3 millisi – 1 qələbə, 3 məğlubiyyət
2 avqust
Uşanqi Kokauri (cüdo, +100 kq) – 7-ci yer
Selcan Maqsudova (batut gimnastikası) – 10-cu yer
Murad Allahverdiyev (boks, 80 kq) – 1/4 finalda məğlubiyyət
Qadın basketbolçulardan ibarət 3x3 millisi – 2 qələbə, 4 məğlubiyyət
3 avqust
Diana Dımçenko (akademik avarçəkmə, 2000 m) – 17-ci yer
Məryəm Şeyxəlizadəxəngah (üzgüçülük, 50 m, sərbəst üsulla) – 35-ci yer
Qadın basketbolçulardan ibarət 3x3 millisi – əsas mərhələdə 7-ci
4 avqust
Alfonso Dominqes (boks, 92 kq) - finala yüksəlib
Anna Skidan (atletika, çəkicatma) – təsnifatda 6-cı yer, final mərhələsinə yüksəlib
Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 25 m) – təsnifatda 18-ci yer
5 avqust
Murad Məmmədov (yunan-Roma güləşi, 60 kq) – 1/8 finalda məğlub olub
Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) – bürünc medal uğrunda güləşəcək
6 avqust
Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) – 5-ci yer
Anna Skidan (atletika, çəkicatma) – 7-ci yer
Sənan Süleymanov (yunan-Roma güləşi, 77 kq) – bürünc medal uğrunda güləşəcək
Mariya Stadnik (qadın güləşi, 50 kq) – 1/4 finalda məğlubiyyət
7 avqust
Sənan Süleymanov (yunan-Roma güləşi, 77 kq) – 5-ci yer
Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq) – bürünc medal uğrunda güləşəcək
Rafiq Hüseynov (yunan-Roma güləşi, 87 kq) – 1/8 finalda məğlubiyyət
Qaşım Maqomedov (taekvondo, 58 kq) – gümüş medal qazanıb
8 avqust
Zöhrə Ağamirova (bədii gimnastika) – təsnifat mərhələsində 19-cu yer
Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq) – bürünc medal qazanıb
Əliabbas Rzazadə (sərbəst güləş, 57 kq) – 1/8 finalda məğlubiyyət
Osman Nurmaqomedov (sərbəst güləş, 86 kq) – 1/4 finalda məğlubiyyət
9 avqust
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzan (bədii gimnastika, qrup hərəkətləri) – təsnifatda 8-ci yer, final mərhələsinə vəsiqə qazanıb
Turan Bayramov (sərbəst güləş, 74 kq) – 1/8 finalda məğlubiyyət
Giorgi Meşvildişvili (sərbəst güləş, 125 kq) - bürünc medal görüşünə çıxacaq
Alfonso Dominqes (boks, 92 kq) - gümüş medal qazanıb
10 avqust
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzan (bədii gimnastika, qrup hərəkətləri) – 5-ci yer
Giorgi Meşvildişvili (sərbəst güləş, 125 kq) – bürünc medal qazanıb
Hacı Əliyev (sərbəst güləş, 65 kq) – 1/4 finalda uduzub
Maqomedxan Maqomedov (sərbəst güləş, 97 kq) – bürünc medal görüşünə çıxacaq
11 avqust
Maqomedxan Maqomedov (sərbəst güləş, 97 kq) – bürünc medal qazanıb
Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunları 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Ferstappen Qətər Qran-prisinin sıralama turundakı qələbəsindən məhrum edilib
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” avtomobil ... Ətraflı
Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ... Ətraflı