Ölkə kubokunun sahibləri müəyyənləşib
05 dekabr 2022 543
Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna yekun vurulub. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışın nəticələrinə əsasən 2004-2007-ci il təvəllüdlü qızların şəxsi mübarizəsindən Ləman Abdulhəmidova, oğlanların yarışından isə Kənan Pənahov qalib ayrılıb.
2008-ci il və kiçik yaşlılar arasında keçirilən yarışda Arzu Aslanova bütün rəqiblərinə qalib gəlib. Oğlanlardan Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2004-2007-ci il təvəllüdlü idmançıların qoşa yarışında Zemfira Mikayılova – Ləman Abdulhəmidova dueti ilə Hacımurad Məmmədbəyov – Tahir Qubadov tandemi qələbə qazanıb.
2008-ci il və kiçik təvəllüdlü tennisçilərin qoşa turnirində qızlardan Arzu Aslanova ilə Mərziyyə Nurmətova, oğlanlardan Adil Əhmədzadə ilə Rüstəm Hacılı ölkə kubokuna sahib çıxıb.
Qarışıq qoşa turnirində 2004-2007-ci il təvvəllüdlülərdən Kənan Pənahovla Ləman Abdulhəmidova, 2008 və kiçik təvəllüdlülərdən isə Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qələbə çalıb.
Xatırladaq ki, 2004-2007-ci il yaş qrupu üzrə komanda mübarizəsində həm oğlanların, həm də qızların yarışından Təhsil RİM qalib ayrılıb. 2008-ci il və küçik təvəllüdlülərdən isə qızlardan ibarət Sumqayıt 1 saylı İOEUGİM, oğlanlardan ibarət Təhsil RİM qələbə çalıb.
Fərqlənən idmançılara AGİN-in diplomları və ASTF-nin medal və qiymətli hədiyyələri təqdim olunub.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı