Olimpiya mükafatçılarımız turnirə yola düşür.
22 sentyabr 2021 1474
Azərbaycan karate yığması oktyabrın 1-dən 3-dək Rusiyanın paytaxtı Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcək.
Azərbaycanın titullu karateçisi Rafael Ağayevin Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra qatılacağı ilk yarışda 75 kq çəki dərəcəsində mübarizə aparacaq.
Üç gün davam edəcək yarışda Azərbaycan 24 idmançı ilə təmsil olunacaq. 5 dünya və 11 qat Avropa çempionunun çəkisində digər azərbaycanlı Fərid Ağayev də mübarizə aparacaq.
Bundan əlavə, ölkənin qadın karateçisi İrina Zaretska 68 kq çəkidə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Rafael Ağayev və İrina Zaretska Tokio olimpiadasında gümüş medal qazanıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı