Xəbərlər

Olimpiya Mədəniyyəti və Təhsil Proqramının qalib məktəblərinin səfər qabağı görüşü keçirildi

15 oktyabr 2019 490

Bu gün Milli Olimpiya Komitəsində Olimpiya Mədəniyyəti və Təhsil Proqramının “Ən fəal” və “Fəal” məktəbləri kateqoriyasında qalib gəlmiş məktəblər ilə görüş keçirildi. Tədbirin məqsədi səfər öncəsi iştirakçılara Olimpiya və Qəbələ şəhərlərindəki səfər haqqında ətraflı məlumat vermək, onların bütün suallarına cavab verməkdir.

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı Bakıda keçirilmiş Avropa Gənclərinin Yay Olimpiya Festivalı çərçivəsində təşkil olunub. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Milli Olimpiya Komitəsi təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi, həmçinin Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin köməyi ilə reallaşdırılmışdı. Proqramda iştirak etmiş və “Ən fəal kateqoriyası ilə qalib gəlmiş məktəblər Yunanıstana, “Fəal kateqoriyasında qalib gəlmiş məktəblər isə Qəbələyə səfər edəcəklər. Hər iki səfər oktyabr ayının 17-sindən başlayacaq. Məktəblilər səfər çərçivəsində Olimpiya biliklərini genişləndirəcək, müxtəlif yarış və muzeylərə səyahətlər isə dostluq, sülh və qardaşlıq məvhumlarını mənimsəyəcəklər.

Tədbiri giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin İnformasiya və Nəşrlər departamentinin rəhbəri Cəmaləddin Rəhmanov iştirakçıları təbrik etdi. Layihənin əhəmiyyətindən danışan C.Rəhmanov ilk dəfə Azərbaycanda keçirildiyini qeyd etdi. Beynəlxalq Olimpiya Akademiyasının məktəblilərin keçəcəyi təcrübə gələcəkdə onların idmana qarşı marağını bir daha artıracağını qeyd etdi.

Daha sonra Olimpiya şəhərəinə səfər edəcək deleqasiyanın rəhbəri Ceyhun Rəhmanov və Qəbə şəhərinə səfər edəcək deleqasiyanın rəhbəri Ruslan Məmmədov səfər haqqında ətraflı məlumat verdilər. Sonda MOK-un əməkdaşı Səfər Məmmədov səfər zamanı iştirakçıların sosila mediadan istifadəsindən danışdı.

“Olimpiya Mədəniyyət və İdman Şəhərciyi” proqramın yekun tədbiri olaraq Olimpiya Kəndində yaradılması nəzərdə tutulmuşdur. Şəhərcikdə quraşdırılacaq çadır/guşənin hər biri bir Avropa ölkəsini təmsil edəcək və qardaşlaşmış məktəblərin təşkilatçılığı ilə dekorasiya olunacaqdır. Beləliklə, Festival iştirakçıları, xüsusilə gənc idmançılar, o cümlədən Olimpiya Kəndinə səfər edən qonaqlar Avropa ölkələrinin mədəniyyəti, tarixi, incəsənəti və idmanı ilə eyni vaxtda və eyni məkanda tanış olmuşdular.