Xəbərlər

“Olimpiya Günü” proqramının hədiyyəli viktorinasının ilk qalibi bəlli oldu

09 may 2020 480

Milli Olimpiya Komitəsi ilə CBC Sport telekanalınin birgə layihəsi olan – “Olimpiya günü” verilişinin ilk buraxılışı maraqlı qonaq və reportajlarla yadda qaldı.

Hədiyyəli viktorinanın qalibi olmaq üçün verilişdə səslənən suala cavab vermək lazım idi. “Olimpiya Günü” proqramının ilk buraxılışında “Nazim Hüseynov və Valeri Belinkidən başqa Barselona Olimpiya Oyunlarında ölkəmizi təmsil edən digər 3 idmançı kim olub və hansı idman növləridir?” sualı səslənib. Valeri Timoxin-atçılıq stend, İlqar Məmmədov-Qılıncoynatma Rapira, Valentina Popova-Stolüstü tennis fərdi cavabını ilk yazan Cavid Məmmədov MOK-un xüsusi hədiyyəsini aldı.

Qeyd edək ki, Şəmsəddin Abbasov və Leyla Abdullayevanın apardığı ilk buraxılışın qonağı 1992 Barselona Olimpiadasında qızıl medal qazanaraq tarixdə birinci Azərbaycanlı Olimpiya çempionu olan Nazim Hüseynov idi. “Şöhrət” ordenli cüdoçu o illərdə qələbəyə gedən yol haqda maraqlı xatirələri ilə bölüşdü, aparıcıların suallarını cavablandırdı. Olimpiya milli komandalarının üzvlərinin karantin görüntüləri, əfsanəvi yüngül atlet Karl Luis haqda reportajların da yer aldığı proqramda Tokio -2020 Yay Olimpiya Oyunlarına hazırlaşan Rüstəm Orucov canlı bağlantıya qoşulub.

Mayın -9 da saat 12.00-da CBC Sport telekanalında efirə gedəcək “Olimpiya Günü” proqramının ikinci buraxılışında növbəti sualı gözləyin.