Olimpiya çempionu Zemfira Meftehetdinova gənclərin suallarını cavablandırıb
28 sentyabr 2022 492

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində sonuncu tədbir Sumqayıt şəhərində baş tutdu. Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində reallaşdırılan bu layihə sayəsində yeniyetmə və gənclər Azərbaycanın Olimpiya Odisseyasının qəhrəmanlarını tanımaq imkanı əldə ediиlər. Sumqayıt Rayon İcra Hakimiyyəti başcısnın birinci müavini Teymur Səmədov Sumqyaıtda idman sahəsində əldə olunan yeniliklər haqda tədbir iştirakçılarına məlumat verib. MOK-un Marketinq Şöbəsinin müdirii Səkinə Vəliyeva Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində reallaşan Azərbaycanın Olimpiya Odisseyası layihəsinin keçirilməsinin məqsədləri haqda danışıb. MOK-un vitse prezidenti Olimpiya çempionu, Zemfira Meftəhətdinova MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyəni Sumqayıt Rayon İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədova təqdim edib. Daha sonra Sidney-2000 Yay Olimpiya Oyunlarında stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftəhətdinovaya həsr olunan “İlk qızıl” filmi izlənilib. Olimpiya çempionu görüş iştirakçılarınn çoxsaylı suallarını cavablandırıb. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşün sonunda idman könüllülərinə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin sertifikatları təqdim olunub. Layihə MOK-un, Milli Olimpiya Akademiyasının və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Bənzər xəbərlər

Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
46 ... Ətraflı

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti ... Ətraflı