Xəbərlər

OCEP məktəbliləri Özbəkistana səfər ediblər. 

23 mart 2023 644

Bakı şəhərii 53 nömrəli tam orta məktəbin şagirdlərinin Özbəkistan səfəri Azərbaycan Respublikası MOK-nın OCEP layihəsi çərçivəsində baş tutub. 

Səfər zamanı Özbəkistan MOK-nin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Erqaşev Kamoliddin Azərbaycan nümayəndə heyəti ilə görüşüb.  Özbəkistan MOK-nin rəsmisi ölkənin idman tarixi, idmançıları ilə bağlı məlumat verib. Məktöblilər üçün MOK-un inzibati binasına ekskursiya da təşkuk olunub. 

OCEP məktəblilərinin Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin nəznində yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə səfəri də maraqlı anlarla yadda qalıb. Mərkəzin rəhbəri Samir Abbasov şagirdlərə görülən işlər haqda məlumat verib. Azərbaycan və özbək xalqlarını birləşdirən milli adət-ənənələr ilə tanış olan Azərbaycan məktəblilərinin hazırladıqları bədii kompozisiya  hərkəsi heyran edib və tədbirə xüsusi abı-hava qatıb. 

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də OCEP məktəbliləri ilə görüşüb. Onların səfər gündəliyi ilə tanış olub və OCEP layihəsi çərçivəsində Özbəkistan məktəbi ilə aparılacaq işlərlə maraqlanıb. 

Səfər zamanı Bakı şəhəri 53 nömrəli tam orta məktəblə  Daşkənddə yerləşən Əl-Biruni adına Beynəlxalq məktəb arasında memarandum imzalanıb. Özbəkistan məktəbinin direktoru Həsən Həsənovla qardaşlaşmlş məktəblərin gələcək əməkdaşlığı müzakirə olunub. 

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin “OCEP” lahiyəsi çərçivəsində Bakı şəhər 53 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə yanaşı MOK-nin Beynəlxalq Proqramlar İdarəsinin məsləhətçisi Ceyhun Rəhmanov, OCEP lahiyəsi üzrə koordinator Namiq Cəfərov da Daşkənddə səfərdə olublar.