Növbəti ustad dərsləri Gəncədə keçirilib
19 sentyabr 2023 217
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Gəncədəki təlim mərkəzində təcrübəli mütəxəssislərinin iştirakı ilə ustad dərsi keçirilib.
Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları Rüstəm Orucov və Orxan Səfərovun iştirakı ilə baş tutan dəsrlərində müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsi qərb regionundan olan uşaqlara və gənclərə nümayiş etdirilib. Onlar iştirakçılara cüdoçuların əməl etməli olduqları qaydalar haqqında geniş məlumat veriblər.
İştirakçılar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.
Tədbir zamanı R. Orucov və O. Səfərov iştirakçılarla öz təcrübə və biliklərini bölüşüb, onlara lazımi tövsiyə və məsləhətlərini veriblər.
Daha sonra tanınmış idmançılar iştirakçılara imzalı fotolarını təqdim edib və onlarla xatirə şəkli çəkdiriblər.
Bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı