Xəbərlər

Naxçıvan Muxtar Respublikasında 5 Mart Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub.

05 mart 2020 402

Naxçıvan Muxtar Respublikasında Bədən Tərbiyəsi və İdman gününə həsr olunan İdman festivalında Naxçıvan Muxtar Respublikasının Ali məclisinin sədri Vasif Talıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov və Respublikanın idman ictimayyətinin tanınmış nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycan Respublikasında idmana göstərilən diqqət və qayğıdan, beynəlxalq arenalarda artan uğurlardan danışılıb. Naxçıvan Muxtar Respublikasında qadınların idmana cəlb edilməsi üçün , gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın inkişafı üçün atılan mühüm addımlardan bəhs edilib. İdman Festivalı zamanı çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycana idman arenalarında qələbə sevinci və sağlam həyat tərzi arzulayıb.

Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005 ci il 4 mart tarixli sərəncamına əsasən qeyd edilir.