MOK-da Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı iştirakçıları ilə görüş keçirilib
14 iyul 2022 679
Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılara uğurlar arzulayan Milli Olimpiya Komitısinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışların əhəmiyyətini vurğulayıb. “Təcrübə onu göstərir ki, əsasən Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında fərqlənən idmançılar, daha sonra Olimpiya oyunlarında da eyni əzmkarlıqla qələbə qazanırlar”. Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının missiya rəhbəri Vaqif Əliyev Slovakiyanın Banska Bıstritsa bölgəsində keçiriləcək festival haqda tədbir iştirakçılarına məlumat verib. Festivalda 50 iştirakçı ölkə, 10 idman növü üzrə 4000-ə yaxın 13-18 yaş həddində olan yeniyetmə idmançılarla iştirak edəcək. Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının rəsmi açılışı 24 iyul, bağlanış mərasimi isə 30 iyul tarixlərinə təsadüf edir. Azərbaycan idmançılarının yüngül atletika, tennis, üzgüçülük, velosiped, cüdo, badminton, gimnastika idman növlərində təmsil olunacaqlarını bildirən missiya rəhbəri Olimpiya kəndinə dair məlumatlarla yanaşı, tibbi xidmət, nəqliyyat və başqa texniki məsələlər haqda tədbir iştirakçıalrına məlumat verib. Daha sonra MOK-un marketinq idarəsinin əməkdaşı Səkinə Vəliyeva Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında OCEP məktəblilərinin iştirakından danışıb. Qeyd olunub ki, OCEP layihəsi çərçivəsində iştirakçılar üçün qurulacaq pavilyonda ölkəmizi Y. Kovalyov adına 229 saylı tam orta məktəbin şagirdləri təmsil edəcək. AMADA-nın təhsil şöbəsinin müdiri Lalə Haciyeva isə yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan həmçinin onların hüquq və vəzifələrindən bəhs edib. Sonda xatirə şəkli çəkdirilib.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı