Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının yeni tərkibdə ilk əyani iclası keçirildi
27 sentyabr 2021 1056

Milli Olimpiya Komitəsində bu ilin aprel ayında seçkiləri keçirilmiş Atletlər Komissiyasının yeni tərkibdə ilk dəfə olaraq əyani qaydada iclası keçirildi. Görüşdə idmançılar ilə BOK arasında əlaqələndirici rol oynayan Atletlər Komissiyasının vəzifələri və planları haqda fikir mübadiləsi aparıldı. Olimpiya Hərəkatında qəbul olunan qərarlarda idmançıların firkilərinin də nəzərə alınması üçün atletlər komissiyasının fəal olmasının vacibliyi vurğulandı. MOK Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov bildirdi ki, BOK, AOK, eləcə də digər ölkələrin MOK –nın Atletlər Komissiyaları, Azərbaycan Milli İdman Federasiyaları və AMADA ilə qarşılıqlı əlaqə əsasında müxtəlif layihələr reallaşdırmaqla Atletlər Komissiyası idmançıların həyatlarında əhəmiyyətli rol oynaya bilər. MOK-un Marketinq İdarəsinin müdiri Mehman Kərimov isə çıxışında bildirdi ki, “Atletlər komissiyası idman və qeyri-idman karyeralarında idmançıların inkişafına imkan yaradan, idman karyerasını yüksək nailiyyətlərlə başa vurmuş Olimpiyaçılara dəstək məqsədilə ictimai layihələr reallaşdıran əhəmiyyətli bir komissiya ola bilər”. Komissiyanın sədri Rüstəm Orucov (cudo) üzvləri isə Sabina Mıkina (qılıncoynatma), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvando), Nazim Babayev (atletika), Rəsul Çunayev (yunan-roma güləşi) , Fatimə Əlkərəmovadlr (üzgüçülük). Atletlər Komissiyasının 2 üzvü - Fəridə Əzizova (taekvando) və Nazim Babayev (atletika) Dubrovnikdə (Xorvatiya) baş tutacaq Atletlərin 6- ci Assembleyasına qatılacaq. Bu haqda iclas iştirakçılarına MOK-un İdman idarəsinin müdiri Həsənağa Rzayev məlumat verdi. İclasda həmçinin Atletlərin 6- ci Assembleyasında Azərbaycan nümayəndə heyyətinin qaldıracağı məsələlər də müzakirə olundu.
Bənzər xəbərlər

Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
46 ... Ətraflı

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti ... Ətraflı