Milli Olimpiya Komitəsi Maskot müsabiqəsi elan edir
01 sentyabr 2020 1077
Azərbaycan Milli Olimpiya Komitəsi ölkəmizi tədbirlərdə təmsil edəcək maskotu xalqımızla birlikdə müəyyənləşdirəcək. Öz ideyasına, bacarığına güvənən hər kəs kağızda və ya kompüter proqramlarının köməyi ilə hazırladığı işləri 1 oktyabr tarixinədək mövzuda “Maskot” qeyd etməklə MOK-un e-mail ünvanına (Marketing@noc-aze.org) göndərə bilər. Personaj ideyası seçimində sərhəd yoxdur. Maskot əyləncəli olmaqla yanaşı, olimpiya detallarını özündə birləşdirməlidir. İştirakçıların təkliflərini personajın (ideyanı anlatmaq) qısa tanıtımı ilə bir yerdə göndərməlidirlər. Müsabiqənin qalibi Milli Olimpiya Komitəsində təşkil olunacaq münsiflər heyətinin rəyinə əsasən müəyyən ediləcək. Qalib olan işin müəllifi xüsusi medalla təltif ediləcək. Qeyd edək ki, qalib olaraq seçilmiş talisman rəsmi şəkildə Azərbaycan Milli Olimpiya Komitəsinin mülkiyyətinə keçmiş olacaq. Müsabiqəyə qoşulun, siz də Azərbaycan Olimpiya tarixinin bir hissəsi olmaq şansını qazanın!
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı