Milli komanda “Strandja” turnirində 2 medal qazanıb
27 fevral 2023 746
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turniri başa çatıb. Azərbaycan millisi 40-a qədər ölkədən 398 idmançının (256 kişi, 142 qadın) qatıldığı yarışda 2 medal qazanıb.
Yığma üzvlərindən Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan gümüş medalla kifayətlənib.
Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə turniri 3-cü pillədə başa vurub.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı