Xəbərlər

MDB, Baltikyanı və Gürcüstan ölkələrinin Milli Olimpiya Komitələrinin forumu keçirilir

02 sentyabr 2019 361

1-4 sentyabr 2019-cu il tarixlərində Qırğızıstanın Çolpon-ata şəhərində MDB, Baltikyanı və Gürcüstan ölkələrinin Milli Olimpiya Komitələrinin forumu öz işinə başlayıb.

Forumda adı çəkilən Milli Olimpiya Komitələrinin prezident, vitse-prezident və digər üzvlərinin iştirak edir. Azərbaycanı tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev təmsil edirlər.

12 ölkənin Milli Olimpiya Komitələrinin 50-yə yaxın nümayəndə heyəti birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivləri müzakirə edəcəklər. Forum Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilir.