Könül Nurullayeva: Xankəndi–Bakı ultramarafonunun keçirilməsi tarixi hadisədir
04 mart 2024 1070
“Tarixi gün yaşayırıq. Yarışda əziyyət çəkənlərin hər birinə təşəkkür edirəm”.
Bu sözləri Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva ilk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonu ilə bağlı danışarkən deyib. O, bu marafonun işğaldan azad olunan Xankəndidən start götürməsinin möhtəşəm olduğunu bildirib: “İştirakçılar 380 kilometrlik məsafəni ilk dəfə olaraq qət etdilər. Bir vətəndaş olaraq qürur hissi keçirirəm. Əlbəttə ki, Ali Baş Komandan İlham Əliyevin, eləcə də şəhid və qazilərimizin sayəsində biz torpaqlarımızı işğaldan azad etdik. Onların hesabına bu tarixi günə şahidlik edirik. Azərbaycan xalqı hər zaman birlik nümayiş etdirib. Yarışda əziyyət çəkənlərin hər birinə təşəkkür edirəm”.
Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə Bakıya çatıblar. Sonuncu – beşinci mərhələdə Artyom Əliyev finiş xəttini hamıdan birinci keçərək marafonun qalibi olub. Yadigar Hüseynov yarışı ikinci, Seymur Şahbazov isə üçüncü tamamlayıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı