Karateçilər V İslam Həmrəylik Oyunlarına hazırdır
04 avqust 2022 732
Azərbaycan karateçiləri V İslam Həmrəylik Oyunlarına son hazırlıqlarını keçir.
Milli komandaların baş məşqçiləri Qurban Tağıyev (kişilər), Denis Morozov (qadınlar) və Vahid Ayvazovla (kata) birgə böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov bu mötəbər yarışda 12 fərdi və 1 komanda heyətini müşayiət edəcək. Kumite yarışlarında Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (84+ kq), o cümlədən İnci Əzizova (-50 kq), Mədinə Sadiqova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) mübarizə aparacaq.
Fərdi kata yarışlarına Roman Heydərov və Zəhra Qurbanzadə, komanda kata çıxışlarına isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarının hakimləri arasında olacaq. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası Texniki komitəsinin, eləcə də Avropa Karate Federasiyasının İdarə heyətinin üzvü Yaşar Bəşirov idmançılarımızın çıxışılarını izləyəcək.
9-18 Avqust tarixlərində V İslam Həmrəylik Oyunlarının karate yarışları 17 və 18 Avqustda keçiriləcək. Karateçilər Konyaya 14 Avqustda yollanacaq.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı