İyunun 23-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
23 iyun 2022 44

İclasın açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, qonaqları salamlayıb. Nazir bildirib ki, İslam Əməkdaşlıq Forumunun gənclər və idman sahələrində Daimi Nazirlər Şurasının ilk sessiyası İƏT regionunda gənclər və idman problemlərinin həlli üçün institusional zəmin yaradıb.
Tədbirin gündəliyinə əsasən, bir sıra təqdimatlar olub və müzakirələr aparılıb. İclasda həmçinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun həyata keçirdiyi və layihələrin hesabatı təqdim olunub.
Daimi Nazirlər Şurası İƏT Baş Katibliyi, İslam Həmrəyliyi İdman Federasiyası və İslam Əməkdaşlıq Gənclər Forumu ilə birlikdə İƏT Üçlüyü (Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı), Fələstin, İran, Seneqal və İraqdan ibarətdir.
Bənzər xəbərlər
.jpeg)
Naxçıvan Muxtar Respublikasında təşkil olunan beynəlxalq səviyyəli Level 1 məşqçilik kurslarına yekun vurulub
Level 1 məşqçilik kursları Milli Olimpiya Komitəsi, Azərbaycan Badminton Federasiyası ... Ətraflı

MOK-un 30 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə kubok yarışı keçirilib
İyulun 2-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış ... Ətraflı