Xəbərlər

"İstedadlı uşaqların müəyyən edilməsi layihəsi"-nin Final mərhələsi bu gün baş tutdu

21 may 2022 838

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Proqramının dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə, "İstedadlı uşaqların müəyyən edilməsi layihəsi"-nin Final mərhələsi bu gün baş tutdu. Layihə çərçivəsində  5 müxtəlif rayondan (İsmayıllı, Şamaxı, Masallı, Neftçala və Lerik) olan 250 uşaq arasından 40 uşaq (20 oğlan, 20 qız) Bakı şəhərində keçirilən Final yarışına dəvət almışdır. Uşaqlar top atma, uzunluğa tullanma, 30m məsafəyə qaçış və 4x50m estafet qaçışında öz güclərini sınadılar. Tədbirin açılışında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti cənab Çingiz Hüseynzadə idmançıları salamlayaraq onlara uğurlar arzu etdi.
Hər komandadan 8 idmançının çıxış etdiyi yarışda idmançılar fərdi növlərdə və estafet qaçışında göstərdikləri nəticələrə görə diplom və medallarla təltif olundular. Komanda hesabında ilk 3 yeri tutan komandalara isə kubok təqdim edildi. Bütün iştirakçılara MOK və AAF tərəfindən hədiyyələr verildi.

Komanda hesabına görə nəticələr aşağıdakı kimi oldu:

I yer - İsmayıllı
II yer - Şamaxı
III yer - Lerik
IV yer - Neftçala
V yer - Masallı