Xəbərlər

İslamiada: Ölkəmiz idman gimnastikasında ilk qızıl medalını qazanıb

11 avqust 2022 372

Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb.

26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib.

Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub.