İlham Zəkiyev dördüncü Paralimpiya medalını qazanıb
29 avqust 2021 859
İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev Tokio Paralimpiadasında bürünc medal qazanıb.
100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən paracüdoçumuz Böyük Britaniya təmsilçisi Cek Hoksona qalib gəlsə də, 1/4 finalda Van-Gen Çoiyə (Koreya Respublikası) məğlub olub. Rəqib finala yüksəldiyi üçün İ.Zəkiyev təsəlliverici görüşə qatılıb. Yamaykalı Teador Subbaya qalib gələn idmançımız bürünc medal uğrunda görüşdə özbəkistanlı Şirin Şaripovla qarşılaşmalı idi. Ancaq rəqib əvvəlki görüşdə qadağan olunmuş fənd işlətdiyi üçün yarışdan kənarlaşdırılıb və İ.Zəkiyev texniki qələbə qazanıb.
İ.Zəkiyev Afina-2004, Pekin-2008 Yay Paralimpiya oyunlarının qalibi, London-2012-nin bürünc mükafatçısıdır. Paracüdoçu ikiqat dünya və yeddiqat Avropa çempionudur. O, həmçinin Bakı-2015 ilk Avropa Oyunlarının qızıl medalına sahib olub.
Qeyd edək ki, Azərbaycanın komandasının hesabında 9 qızıl və 2 bürünc medal var.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı