İdmançımız Qılıncoynatma üzrə Yeni Lisenziya Qazanıb
18 aprel 2016 632

Çexiyanın paytaxtı Praqada keçirilən Avropa təsnifat turnirində qılıncoynadan Sabina Mikina Rio de Janeiroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya əldə edib.
O, Böyük Britaniya təmsilçisi Katerin Kemp (15:9), almaniyalı Anna Limbax (15:8) və bolqarıstanlı Palina Kaspyaroviç (15:11) üzərində parlaq qələbə qazanaraq yarışın qalibi olub.
Xatırladaq ki, Sabina Mikina ardıcıl ikinci dəfə olimpiadada iştirak hüququ qazanır. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında ikinci qarşılaşmasında ukraynalı Olimpiya, Dünya və Avropa çempionu, eləcə də ötən il Bakı-2015 ilk Avropa Oyunlarının qalibi olmuş Olqa Xarlana məğlub olaraq mübarizəni dayandırıb.
Bənzər xəbərlər

Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
46 ... Ətraflı

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti ... Ətraflı