İçərişəhərdə ağsaqqallar arasında “Oyunçu aparsın” adlı nərd yarışı təşkil edilib
18 sentyabr 2023 948
İçərişəhərdə ağsaqqallar arasında “Oyunçu aparsın” adlı nərd yarışı təşkil edilib.
Gənclər və İdman Nazirliyi, "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsinin təşkilati dəstəyi, “İçərişəhər” Ağsaqqallar Şurası, "Üçüncü Bahar" İctimai Birliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşəbbüsü ilə keçirilən yarış ağsaqqalların asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədi ilə keçirilib.
Tarixi, əyləncəni və sağlam mübarizəni özündə birləşdirən yarışda “İçərişəhər” Ağsaqqallar Şurasının üzvləri, İçərişəhərin, Bakının və Bakı kəndlərinin ağsaqqalları iştirak ediblər.
Tədbirin sonuncu günündə gənclər və idman naziri Fərid Qayıbov, "İçərişəhər" DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Vüqar Qurbanov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və digər rəsmilər iştirak edərək nərd oynayıblar, sonda isə qaliblərə mükafatları təqdim ediblər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
