Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirdə 11 ölkə iştirak edəcək
27 mart 2023 92

Martın 28-də Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürəcək. Boks Mərkəzində baş tutacaq yarış 5 gün davam edəcək.
Turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovina, Belarus, İsrail və Moldova boksçuları mübarizə aparacaqlar. Komandamızın baş məşqçisi Vaqif Kazımov yarışda 40 idmançını sınaqdan keçirəcək. Turnirdə mükafatlar uğrunda ümumilikdə 100-dən artıq boksçu gücünü yoxlayacaq.
Döyüşlər saat 16:00-da başlanacaq. Yarışın ilk günü, saat 18:00-da rəsmi açılış mərasimi keçiriləcək. Martın 28-də saat 10:30-da isə Boks Federasiyasının nümayəndələri, hakimlər və xarici qonaqlar Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
Qeyd edək ki, yarışın baş hakimi Emil Qurbanəliyev olacaq.
Bənzər xəbərlər
.jpeg)
MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib
Bu gün MOK-un inzibati binasında Azərbaycanın Olimpiya çempionu, Milli Olimpiya ... Ətraflı

MGİMO tələbələrinin Bakıda səyyar modulu davam edir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Moskva ... Ətraflı