Xəbərlər

Gürcüstanda Yeniyetmələrin 13-cü Avropa Gənclər Olimpiya Festivalına start verildi

28 iyul 2015 439

26 iyul 2015-ci il tarixində Gürcüstanın paytaxtında Tbilisi şəhərində 13-cü Avropa Gənclər Olimpiya Festivalın açılış mərasımi baş tutdu.

Açılış mərasimi “Tbilis 2015” Olimpiya Festivalının təşkilat komitəsinin sədri Aleksi Axvlediani və Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin rəsmi çıxışları ilə başladı.

Açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayılov iştirak edirdi.

Festivalın əsas hissəsi Gürcustan dövlət bayrağının meydana gətirilməsi ilə başladı. Daha sonra Olimpiya məşəli Olimpiya və Dünya çempionlarının müşaiəti ilə stadiona gətirildi və Gürcüstan Respublikasının baş Nazir tərəfindən alovlandırıldı. Bundan sonra tədbir 50Avropa ölkələrini təmsil edən idmançının paradı ilə davam etdi.

Avropa Gənclər Olimpiya Festivalının bədii hissəsi Gürcü xalq musiqisi, rəqqasların çıxışı və digər maraqlı ifalardan ibarət idi. Tədbirə xüsusi hazırlanmış atəşfəşanlıqla yekun vuruldu.

Azərbaycanı Olimpiya Festivalında təmsil edən Milli Yığma Komanda 35 nəfər idmançıdan ibarətdir ki, onlardan 10-u yüngül atletika, 4-ü tennis, 5-i üzgüçülük, 1-i bədii gimnastika, 3-ü velosiped və 12-si cüdo idman növlərində mübarizə aparacaqdır.