Xəbərlər

Gürcüstanda 2025 Avropa Gənclər Qış Olimpiya Festivali ilə bağlı görüş baş tutub.

09 fevral 2020 550

7 fevral tarixində Avropa Gənclər Olimpiya Festivalının Komissiyası ilə Gürcüstan Milli Olimpiya Komitəsi arasında görüş baş tutdu. Görüşdə Avropa Olimpiya Komitəsinin idman şöbəsinin direktoru Peter Brüll və Avropa Gənclər Olimpiya Festivalı Komissiyasının üzvü Azər Əliyev iştirak edib.

Gürcüstan Olimpiya Komitəsinin prezidenti öz çıxışında 2015-ci ildə Avropa Yay Olimpiya Festivalını keçirdərək bu sahədə təcrübə topladıqlarını və həmin təcrübənin Qış festivalını keçirmək üçün böyük rol oynadığını bildirdi. Həmçinin, hökumətin bu vacib layihəni dəstəklədiyini və işlərin ilkin mərhələsinə festivaldan 5 il əvvəl başlayacaqlarını söylədi. İnfrastrukturun inkişafı ilə birlikdə gənc gürcü idmançılarının festivala daha yaxşı hazırlaşmaqları üçün xüsusi proqramlar planlaşdırdıqları haqqında da qonaqlara məlumat verdi.

Gürcüstanın Borjomi və Bakuriani şəhərləri, 2025 Avropa Qış Olimpiya Festivalının əsas namizəd şəhərləridir.

Avropa Olimpiya Komitəsinin İdman direktoru Peter Brüll, Gürcüstanın bu festivalı keçirmək üçün bütün lazımı resurslara sahib olduğunu və Avropada daha da məşhurlaşan Gənclərin Qış Olimpiya Festivalına ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni uğurla yerinə yetirə biləcəyini söylədi.

Daha sonra Avropa Gənclərinin Olimpiya Festivalının təşkilat komandasının üzvləri və müvafiq nazirlikərin rəhbərlikləri arasında görüş baş tutub.