Güləş üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək
25 mart 2023 91

Bakı İdman Sarayı növbəti dəfə güləş üzrə Azərbaycan çempionatına ev sahibliyi edəcək.
Belə ki, martın 28-dən 30-dək gənclər, aprelin 1-dən 4-dək isə yeniyetmələr arasında ölkə birinciliyi bu arenada keçiriləcək. Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkilatçılığıyla baş tutacaq çempionatı beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcək. Yeddi gün davam edəcək yarışlarda medal qazanacaq idmançılar sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımıza cəlb ediləcək.
Görüşlər hər gün saat 10:30-da başlayacaq. U-20 (gənclər) Azərbaycan çempionatının açılış mərasimi martın 28-də, U-17 (yeniyetmələr) Azərbaycan çempionatının analoji tədbiri isə aprelin 1-də keçiriləcək. Hər iki açılış mərasimi 16:00-da başlayacaq. Arenaya giriş sərbəstdir.
Bənzər xəbərlər
.jpeg)
MOK-da Zemfira Meftaxetdinovanın 60 illik yubileyinə həsr olunan tədbir keçirilib
Bu gün MOK-un inzibati binasında Azərbaycanın Olimpiya çempionu, Milli Olimpiya ... Ətraflı

MGİMO tələbələrinin Bakıda səyyar modulu davam edir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Moskva ... Ətraflı