Gimnastımız Olimpiadada çıxış edib
06 avqust 2021 971

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub. 20 yaşlı gimnast fərdi çoxnövçülükdə təsnifat mərhələsini adlaya bilməyib.
O, topla hərəkətdə hakimlərdən 23,400 xalla 16-cı olub. Ağamirovanın 17-ci olduğu halqa ilə çıxışı isə 23,000 xalla qiymətləndirilib. İdmançımızın lentlə hərəkəti 19,900-ə (15) layiq görülüb. Çıxışını gürzlərlə bitirən gimnastımız 21,500 (21) xal alıb.
Beləliklə, təmsilçimiz 4 hərəkətin yekuna əsasən 87,800 xal yığıb. O, çıxışını 18-ci yerdə başa vurub və Zöhrənin finala yüksəlmək şansını itirib. Qeyd edək ki, ümumi siyahıda ilk 10 pillədə qərarlaşan gimnastlar sabahkı finala yüksəlib.
Bənzər xəbərlər
Prezident Olimpiya mükafatçılarını təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi ... Ətraflı

Hacı Əliyev: "Bu, hamımızın zəfəridir"
"Çox sevinirəm ki, olimpiadanın gümüş medalını qazandım. Sözsüz, "qızıl"a çox ... Ətraflı