Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib
01 noyabr 2022 928
Oktyabrın 31-də Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. İclasın gündəliyinə əsasən, yeniyetmə və gənclər arasında keçiriləcək V Robot Olimpiadasının qaliblərinin mükafatlandırılması qaydaları və “Sağlam həyat” bədən tərbiyəsi və idman layihəsinin Əsasnaməsi müzakirə edilərək qəbul olunub.
İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib. Kollegiyanın qərarına əsasən, “Azərbaycan Tennis Federasiyası” İB, “Azərbaycan Bilyard Federasiyası” İB, “Azərbaycan Qış İdman Növləri Federasiyası” İB, “Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası” İB və “Azərbaycan Minifutbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, “Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası” İB, “Motosiklet İdmanı Federasiyası” İB və “Miks Martial Arts Federasiyası” İB-nin federasiya statusu dayandırılıb.
Bununla da, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 34-ə çatıb. Ümumilikdə, 31 federasiyanın isə statusu dayandırılıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı