Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 13-də Bakı şəhərinin kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb
14 yanvar 2023 974
Maştağa və Yeni Suraxanı qəsəbələrinin futbol meydançalarına baxış keçirən nazir mövcud şəraitlə bağlı fikir mübadiləsi aparıb.
Buzovna, Binə və Pirallahı qəsəbələrində idman zallarının fəaliyyəti ilə maraqlanan nazir idmançıların məşq prosesini izləyib, onlarla və məşqçilərlə söhbət edib. İdman zallarının imkanlarından daha səmərəli istifadə olunması istiqamətində mütəxəssislərlə müzakirələr aparıb, öz tövsiyələrini verib.
Nazir Fərid Qayıbov həmçinin Yeni Suraxanı qəsəbəsində yerləşən Şahmat Məktəbinin, Yeni Günəşlidə minifutbol meydançasının vəziyyəti və fəaliyyəti ilə də maraqlanıb.
Bakı şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin fəaliyyə ilə tanışlıq zamanı isə burada idmançılara göstərilən tibbi xidmət barədə fikir mübadiləsi aparılıb. Pirallahı qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin binasına da baxış keçirilib.
Yanvarın 14-də isə nazir Fərid Qayıbov Müşfiqabad qəsəbəsində idman kompleksinin fəaliyyəti ilə maraqlanıb. Nazir burada idmançıların məşqinə baxıb, onlarla söhbət edib, məşqçilərlə fikir mübadiləsi aparıb. Həmçinin Xocasən qəsəbəsində futbol meydançasına da baxış olub.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı




