Gənclər arasında Bakı birinciliyinə start verilir.
26 yanvar 2022 843

28 yanvar 2022-ci ildə Bakıda U-21 gənclər arasında Bakı birinciliyinə start veriləcək.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 180-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqlar.
İki gün davam edəcək gənclər arası Bakı birinciliyində qızlar -44, -48, -52, -57, -63, -70, -78 +78 kq, oğlanlar isə -55, -60, -66, -73, -81, -90, -100, +100 kq çəki dərəcələrində güclərini sınayacaqlar. Yarışda 2002-2004-cü il təvəllüdlü idamançılar iştirak edəcəklər.
Yarışın əsas məqsədi fevral ayının 25-27-də keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimidir. Eyni zamanda gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Bənzər xəbərlər

Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
46 ... Ətraflı

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti ... Ətraflı