Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb
01 sentyabr 2023 918
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda, lll Avropa Oyunlarında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüşdə əvvəlcə Dövlət Himnimiz səsləndirilib. Sonra Fərid Qayıbov “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
Ardınca ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Nazir ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Fərid Qayıbov qeyd edib ki, avqust medalların sayı baxımından zəngin ay olub.
Nazir, həmçinin ölkəmizdə 2 böyük yarışın - şahmat üzrə Dünya Kuboku və atıcılıq üzrə dünya çempionatının da uğurla keçdiyini qeyd edib. Bildirib ki, ilboyu ölkəmiz bır sıra beynəlxalq yarışlara ev sahibliyi edir. Bunlardan biri də noyabrın 4-də Bakıda keçiriləcək MMA üzrə Rizin yarışıdır.
Güllə atıcılığı, MMA, idman gimnastikası, batut gimnastikası və tamblinq, bədii gimnastika, boks, muaytay, vinq çun, uşu-sanda, paraüzgüçülük, paracüdo, parataekvondo, paraatıcılıq, atletika, sərbəst güləş, yunan-Roma güləşi, karate, cüdo, taekvondo, ağırlıqqaldırma idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Qeyd edək ki, bu idman növlərində ay ərzində 44 qızıl, 50 gümüş və 73 bürünc medal qazanılıb.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
