Xəbərlər

Fərhad Rəcəbli 10-cu dəfə usta cüdoçular arasında Dünya çempionu oldu

09 sentyabr 2022 852

8 sentyabr tarixində Polşanın Krakov şəhərində usta cüdoçular arasında  Dünya çempionatında ilk günün yarışları keçirilib. 

M7 kateqoriyası üzrə -90 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən veteran cüdoçumuz Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək Dünya çempionatının qızıl medalını qazanıb. Fərhad Rəcəbli ardıcıl olaraq Ukrayna, Böyük Britaniya və Almaniyadan olan rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, idmançımızın usta cüdoçular arasında Dünya çempionatlarında qazandığı 10-cu qızıl medalıdır.