EYOF yarışlarının missiya rəhbərlərinin iclası keçirilib
19 aprel 2023 443
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev 18-20 aprel tarixlərində Sloveniyanın Maribor şəhərində keçirilən Gənclərin Yay Olimpiya Festivalının missiya rəhbərlərinin görüşündə iştirak edir.
Festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları həmçinin yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi ilə yaxından tanış olublar. Digər təşkilati məsələlərin də müzakirə edildiyi görüş zamanı atletərin yeləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələlərə aydınlıq gətirilib.
Qeyd edəjk ki, 6 idman növündə (gimnastika, cüdo, üzgüçülük, velosiped, tennis və atletika) Azərbaycandan 37 idmançı yarışlarda iştirak hüququ qazanıb.
2019-cu ildə Bakı şəhərinin ev sahibliyi etdiyi Gənclərin Yay Olimpiya Festivalı 23-29 iyul tarixlərində Sloveniyanın Maribor şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı