Elxan Məmmədov Cüdo üzrə dünya çempionu oldu
02 sentyabr 2013 429
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatı başa çatıb. Yarışı 1 qızıl və 1 bürünc medalla bitirən Azərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.
100 kg kateqoriyasında çıxış edən idmançımız Elxan Məmmədov növbə ilə İsrail, İspaniya, Yaponiya, Özbəkistandan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda isə idmançımız hollandiyalı Henk Qrolu məğlub edərək qızıl medala sahib olub. Bu qələbə azərbaycanlı cüdoçuların dünya çempionatında ilk qələbəsidir.
60 kg kateqoriyasında çıxış edən digər həmyerlimiz Orxan Səfərov 3-cü pillədə yer alıb.
Bənzər xəbərlər

Naxçıvanda 300-dək gimnastın iştirakı ilə keçirilən beynəlxalq turnirə start verildi
Bu gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ... Ətraflı

Dünya çempionatı: klassiklərimiz mübarizəyə başlayırlar
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterlidünya çempionatı davam ... Ətraflı