Dövlət rəsmiləri və səfirlər "Neftçi"nin oyununu izləyəcək
26 noyabr 2021 651

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun "Neftçi" - "Səbail" oyununu dövlət rəsmiləri, müxtəlif ölkələrin fövqəladə və səlahiyyətli səfirləri tribunadan izləyəcək.
"Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev bu haqda məlumat verib. O, həmin şəxslərin "Qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyasına görə matça dəvət olunduqlarını bildirib: "Bu, geniş kütləni əhatə edən layihədir. Aksiyaya dəstək üçün BMT-nin Azərbaycandakı nümayəndəliyinin, klubumuzun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bır sıra qonaqları olacaq. Burada nazirlər, dövlət komitələrinin nümayəndələri və xarici ölkələrin Azərbaycandakı səfirləri də iştirak edəcək.
ABŞ, Böyük Britaniya, İsveç, Litva, Əlcəzair və Mərakeş səfiri ilə yanaşı, BMT-nin Azərbaycandakı nümayəndəliyi rəhbərliyinin iştirakı gözlənilir". Allahverdiyev təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Anar Kərimovla yanaşı, Milli Olimpiya Komitəsinə də dəvət göndərdiklərini söyləyib: "Bütün bu qurumlara forma göndərmişik, layihə haqqında məlumat vermişik və bildirmişik ki, qadın zorakılığına qarşı çıxmaq istəyirsinizsə, sizi noyabrın 27-si "Bakcell Arena"ya dəvət edirik. Kimlərin vaxtı varsa, gəlib iştirak edəcək".
Qeyd edək ki, noyabrın 27-də "Bakcell Arena"da gerçəkləşəcək görüş saat 18:15-də başlayacaq.
Bənzər xəbərlər

Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
46 ... Ətraflı

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti ... Ətraflı